2 şahmatçı içki içdi, öldü - Olimpiadada

20:23 | 18.08.2014
2 şahmatçı içki içdi, öldü - Olimpiadada

2 şahmatçı içki içdi, öldü - Olimpiadada

Tarjei Svensen: "Bu Olimpiada çox içki içmək hadisəsi kimi tanınıb""Norveçdə Şahmat Olimpiadasında bir neçə saatın içində 2 şahmatçı ölüb. Onlardan biri oyun vaxtı ölüb".Bu haqda Guardian qəzeti yazıb.Xəbərdə deyilir ki, İsveçrədə doğulmuş və Seyşel Adaları yığmasında çıxış edən 67 yaşlı Kurt Meyer son oyun vaxtı birdən yıxılıb, onu xəstəxanaya çatdırsalar da keçinib.Bir neçə saat sonra isə Özbəkistandan olan və adı bildirilməyən şahmatçı hoteldə öz otağında ölü tapılıb.Hotel Olimpiadanın keçirildiyi Tromso şəhərinin mərkəzindədir. Polis bu ölümdə şübhəli hələ heç nə görmür.Olimpiadanın sözçüsü Jarle Heitman deyib ki, bir yerə və uzun müddətə bu qədər çox adam toplaşanda belə hadisələr ola bilər.Qeyd edək ki, Olimpiadada 1800 şahmatçı oynayırdı və 1000 məşqçi var idi. Yarış iştirakçıları hərəsi 5-6 saat çəkən 11 oyun keçiriblər.Olimpiadada hər iki ölümün dəqiq səbəbi hələ məlum deyil.Olimpiada vaxtı şahmatçıların ölümləri əvvəllər də belə hadisələrin olduğunu yada salıb.2000-ci ildə Latviya yığmasında oynayan, bakılı qrossmeyster Vladimir Bagırov Finlyandiyada yarışda oyun vaxtı ürək tutması keçirib.Eyni ildə latviyalı qrossmeyster Aivaris Gipslisin Berlində oyun vaxtı ürək tutması olub və az sonra ölüb.chess24.com-un Olimpiadada müxbiri Tarjei Svensen deyir ki, "Bu Olimpiada çox içki içmək hadisəsi kimi tanınıb. Olimpiada vaxtı 2 istirahət günü var. İstirahət günləri və bu ərəfədəki gecədə həddən artıq çox içki içilir". (Azadlıq Radiosu)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb