Dollar yenidən bahalaşdı - Rəsmi Məzənnə

09:45 | 12.05.2015
Dollar yenidən bahalaşdı - Rəsmi Məzənnə

Dollar yenidən bahalaşdı - Rəsmi Məzənnə

Bu gün mayın 8-i (son rəsmi məzənnə 8-12 tarixləri üçün müəyyənləşib) ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 12-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0045 manat və ya 0,38% ucuzlaşaraq 1,1697 manat olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb