Bakı-Sumqayıt yolunda böyük tıxac

10:50 | 13.05.2015
Bakı-Sumqayıt yolunda böyük tıxac

Bakı-Sumqayıt yolunda böyük tıxac

Bu gecə saatlarında "Xırdalan dairəsi” ərazisində yol bağlanıb. 

ANS PRESS-in məlumatına görə bu səbəbdən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. 

A.Nəcəfli  bildirdi ki, həmin ərazidə yolun təmir və bərpa işləri aparıldığı üçün bağlanıb.

"Həmin ərazidə, körpünün üstündə asfalt-beton örtüyü dağılmışdı. Bu səbəbdən də gecədən başlayaraq, yolu asfaltlayırlar. İşlər yekunlaşan kimi yol açılacaq. Hələlik sürücülər körpünün altı ilə hərəkət edə bilərlər".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM