Dollar yenidən bahalaşdı - Məzənnə

09:37 | 22.12.2015
Dollar yenidən bahalaşdı - Məzənnə

Dollar yenidən bahalaşdı - Məzənnə

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,07% və ya 0,0011 manat artaraq 1,5511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,53% və ya 0,0089 manat artaraq 1,6939 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,46% və ya 0,0001 manat ucuzlaşaraq 0,0217 manat olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb