Dollar bahalaşdı - Məzənnə

09:38 | 06.01.2016
Dollar bahalaşdı - Məzənnə

Dollar bahalaşdı - Məzənnə

Bu gün yanvarın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 5-i ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5626 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,59% və ya 0,0099 manat azalaraq 1,6796 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,93% azalaraq 0,0213 manat səviyyəsində qərarlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb