İlham Əliyev fərman imzaladı

14:23 | 16.02.2016
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 86) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı, 1.8-ci, 1.9-cu və 1.12-ci bəndlərdən ", Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

2. 1.11-ci bənddə "və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri "həyata keçirir” sözləri ilə əvəz edilsin".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti