Ermənilər Gürcüstandan köçürlər

18:12 | 05.05.2016
Ermənilər Gürcüstandan köçürlər

Ermənilər Gürcüstandan köçürlər

"Azərbaycanlılar daha yaxşı iqlim şəraiti olan ərazilərə sahibdirlər”.

Gürcüstanda yaşayan ermənilərin sayı, son illərdə sosial problemlərlə əlaqədar kəskin şəkildə azalıb.  

Oxu.Az xəbər verir ki, bu barədə "Novosti Aremniya”ya verdiyi müsahibəsində Tbilisi ermənilərinin assambleyasının rəhbəri Arnold Stepanyan bəyan edib. 

Onun sözlərinə görə, ermənilər Gürcüstanı əsasən işədüzəlmə problemi səbəbindən tərk edirlər. 

"Ermənilər əsasən Cavaxkda yaşayırlar, Cavaxk isə dağlıq, mürəkkəb iqlim şəraiti olan ərazidir, əhali kənd təsərrüfatı ilə məşğul olsalar belə, yetərincə gəlir əldə edə bilmirlər. Pytaxtda yaşayanlar üçün də iş tapmaq çətindir. Bu səbəbdən də onlar iş axtarışında başqa ölkələrə köçmək məcburiyyətindədirlər”, - o bildirib. 

Arnold Stepanyan qeyd edib ki, ermənilərdən fərqli olaraq, Gürcüstanda yaşayan azərbaycanlılar daha yaxşı iqlim şəraiti olan ərazilərə sahibdirlər, həmin ərazilərdə kənd təsərrüfatı böyük gəlir gətirir.

Qeyd edək ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 12 il ərzində ermənilərin sayı üçdə bir azalıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb