Dollar bahalaşmaqda davam edir

09:48 | 22.07.2016
Dollar bahalaşmaqda davam edir

Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 22-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 21-i ilə müqayisədə 0,19% artaraq 1,5724 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0800 manatdır. Beləliklə, funt sterlinq 0,14%-lik bahalaşma nümayiş etdirib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,2% möhkəmlənərək 1,7345 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0245 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,6% artaraq 0,5124 manat olub.

Gürcüstan larisinin məzənnəsi isə 0,1% zəifləyərək 0,6685 manata yüksəlib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM