Dolların bu günə olan məzənnəsi

09:36 | 29.08.2016
Dolların bu günə olan məzənnəsi

Dolların bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 26-sı ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,74% zəifləyərək 1,8238 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası dəyişməyərək 0,0251 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi 0,52% zəifləyərək 0,5515 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1364 manatdır. Beləliklə, funt sterlinq 0,64%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,11% artaraq 0,7133 manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM