Dolların bu günə olan məzənnəsi

09:25 | 07.10.2016
Dolların bu günə olan məzənnəsi

Dolların bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 7-nə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 6-ı ilə müqayisədə dəyişməyərək 1,6036 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,7956 manatdan 1,7827 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 6-ı ilə müqayisədə  0,0257 manatdan 0,0258 manata qalxıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5248 manatdan 0,5256 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdan 1,9943 manatadək ucuzlaşıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM