Dollar bahalaşdı

09:36 | 19.10.2016
Dollar bahalaşdı

Dollar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 18-i ilə müqayisədə 0,2% bahalaşaraq 1,6 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,15% möhkəmlənərək 1,7566 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 18-i ilə  müqayisədə 0,4% möhkəmlənərək 0,0255 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,15% möhkəmlənərək 0,5171 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9646 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,88% bahalaşaraq 0,6787 manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb