Dolların məzənnəsi açıqlandı

10:02 | 02.02.2017
Dolların məzənnəsi açıqlandı

Dolların məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 2-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 1-i müqayisədə dəyişməyərək 1,9200 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0719 manatdan 2,0706 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0319 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,5078 manatdan 0,5093 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,4140 manatdan 2,4315 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7118 manat olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb