Bakıya yeni avtobuslar gətirilir

12:19 | 28.02.2018
Bakıya yeni avtobuslar gətirilir

Bakıya yeni avtobuslar gətirilir

Bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək.

Report xəbər verir ki, bunu jurnalistlərə Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub:

"İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Onlar 21 daşıyıcıya paylanacaq. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib tələblərə uyğunlaşdırıblar".

BNA rəsmisi marşrut xətlərinin sayına da aydınlıq gətirib. Onun sözlərinə görə, Agentlik yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb