Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

10:30 | 29.05.2018
Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Qətər Azərbaycana yeni səfirini təyin edib.

Report xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Həmad əs-Saninin fərmanı ilə bu vəzifəyə Zeyd Səid Rəşid əl-Kumet əl-Xayarin (Zayed Saeed Rashid al-Kumait al-Khayareen) təyin olunub.

O, 2016-cı ilin oktyabrından Qətərin Azərbaycandakı səfiri vəzifəsini icra edən Yusuf bin Həsən əl-Saaini əvəz edəcək.

Qətərin Azərbaycandakı yeni səfiri daha əvvəl ölkəsinin İordaniyadakı səfiri vəzifəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM