İlham Əliyev fərman imzaladı

20:19 | 30.08.2018
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Anews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə "2019-cu il yanvarın” sözləri "2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə:
2.1. 2.9-cu bəndin birinci cümləsinə "fotoşəkli” sözündən sonra "və əl-barmaq izləri” sözləri əlavə edilsin;
2.2. 2.10-cu bəndə "Vətəndaşın” sözündən sonra "əl-barmaq izlərinin götürülməsi, habelə” sözləri əlavə edilsin;
2.3. 2.14.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.14.13-cü yarımbənd əlavə edilsin:
"2.14.13. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi).”;
2.4. 2.18-ci bənddə "və 2.14.12-ci” sözləri ", 2.14.12-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin;
2.5. 2.23-cü bəndə "çəkilməklə” sözündən sonra "və əl-barmaq izləri götürülməklə” sözləri əlavə edilsin;
2.6. 6.1-ci bənddə "2019-cu il yanvarın” sözləri "2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin;
2.7. 6.3-cü bəndə "vətəndaşın” sözündən sonra "əl-barmaq izləri götürülmür, həmçinin” sözləri əlavə edilsin;
2.8. 6.5-ci bənddə "və 2.14.7-ci” sözləri ", 2.14.7-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb