Vilayət Eyvazovdan yeni - TƏYİNAT

17:23 | 17.09.2019
Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 
Anews.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə əsasən, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifəsinə təyin edilib. 

O bundan əvvəl BDYPİ-yə tabe olan Yol Patrul Xidmət alayının 3-cü tağım komandiri olub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb