2022-ci ildə neçə nəfər doğulub?

16:13 | 12.08.2022
2022-ci ildə neçə nəfər doğulub?

2022-ci ildə neçə nəfər doğulub?

Azərbaycanda 2022-ci ilin 6 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 61234 doğulan körpə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıma bərabərdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7%, qızların xüsusi çəkisi isə 47,3%  təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 olub.
 
Bu ilin birinci yarısında ölkədə 32589 ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,5-ə düşüb.

2022-ci ilin yanvar-iyunu ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28785 nikah və 7531 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib.
 
Ləman Qasımova








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb