Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

18:31 | 05.02.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. 40 796 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub, 36 448 nəfər vaksinasiya olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 31 325-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 186 279, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 245 925, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 750 763 nəfər təşkil edir.

Ümumilikdə isə 2 189 591 buster doza vurulub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb