Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

17:04 | 07.02.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib. 45 924 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, bu günə qədər isə ümumilikdə 6 278 899 test icra olunub, 59 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya qeydə alınmayıb.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 58-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 752 395 nəfər təşkil edir.

Ümumilikdə isə 2 217 836 buster doza vurulub.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb