Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:34 | 01.03.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 786 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib. 9 362 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub, koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 071, üç və daha çox doza vaksin vurduranların sayı 29 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 798 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, üç və daha çox doza vaksin vurduranların sayı 2 724 169, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 206 113 təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb