Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:33 | 12.03.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 nəfər yoluxub, 468 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub, koronavirus (COVID-19) əleyhinə 22 070 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 1 180, ikinci doza vaksinlərin sayı 1 656 təşkil edib.Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18 163-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 1 071 olub. 
 
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 246 942, birinci doza peyvəndlərin ümumi sayı 5 313 384, ikinci doza vaksinlərin sayı 4 802 388 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 913 043, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 218 127 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb