Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

18:33 | 19.03.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 116 nəfər yoluxub, 235 nəfər müalicə olunaraq sağalıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb, koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı 1 864 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 498-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 811 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 355 516, birinci doza peyvəndlərin ümumi sayı 5 318 721, ikinci doza vaksinlərin sayı 4 812 983 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 000 253, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 223 559 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb