Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:40 | 02.04.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 nəfər yoluxub, 36 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 984 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib. 348 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 297, bu günə qədər isə ümumilikdə 6 710 309 test icra olunub. Azərbaycanda son 24 saatda koronavirus əleyhinə 12 558 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 591 nəfərdir.
 
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci doza peyvəndlərin ümumi sayı 5 326 364, ikinci doza vaksinlərin sayı 4 827 053 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 098 441, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 229 901 olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb