Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:36 | 05.04.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib. 319 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 867, bu günə qədər isə ümumilikdə 6 721 330 test icra olunub.
 
Son 24 saatda  koronavirus əleyhinə 12 054 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci doza peyvəndlərin ümumi sayı 5 328 019, ikinci doza vaksinlərin sayı 4 829 162 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 115 333, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 231 120 olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb