Sabah güclü külək əsəcək

13:09 | 01.03.2023
Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb