2024-cü ildə müdafiə və milli təhlükəsizlikxərcləri 6 mlrd manatı keçəcək

15:17 | 26.12.2023
2024-cü ildə müdafiə və milli təhlükəsizlikxərcləri  6 mlrd manatı keçəcək

2024-cü ildə müdafiə və milli təhlükəsizlikxərcləri 6 mlrd manatı keçəcək

Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon 47,42 min manat (indiki məzənnə ilə 3,777 milyard dollar) təşkil edəcək.

Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev "2024-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiq edib, sənəd dövlət başçısının saytında dərc olunub.

2024-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin xüsusi çəkisi 17,4 faiz təşkil edir.

2023-cü illə müqayisədə gələn il dövlət büdcəsinin bu maddəsi üzrə xərclər 6% artacaq.

Sənədə əsasən, 2024-cü ilin dövlət büdcəsində silahlı qüvvələrə xərclər 2 milyard 465,55 milyon manat (1,45 milyard dollar), milli təhlükəsizlik üçün 413,4 milyon manat (243,2 milyon dollar) , sərhəd xidməti üçün - 487,7 milyon manat (268,9 milyon dollar) səviyyəsində nəzərdə tutulub. 

Bundan başqa, 2024-cü il üçün xüsusi müdafiə təyinatlı layihə və tədbirlər üzrə xərclər 3 milyard manat (1,76 milyard dollar), qalan hissəsi isə digər məqsədlər üçün nəzərdə tutulub.
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb