43 il yatan vulkan partladı - VİDEO

22:07 | 23.04.2015
43 il yatan vulkan partladı - VİDEO

43 il yatan vulkan partladı - VİDEO

Cənubi Azmerika ölkəsi Çilidə yerləşən Kalbuko vulkanı 1972-ci ildən indiyə qədər ilk dəfə fəaliyyətə keçib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən axşamdan bu yana iki dəfə partlayan vulkanın ətrafında külləri 20 km-lik olan toz buludu əmələ gətirib. Yanardağın ətrafında yerləşən yaşayış massivindən 4 min nəfər təxliyyə olunub. 

Çili daxili işlər nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı sıravi vətəndaşlar arasında zərər görən olmayıb. 

İndoneziyadan sonra ən çox vulkanı olan Çilidəki Kalbuko ölkədəki ən təhlükəli 3-cü yanardağdır.

Mütəxəssislər vulkanın fəaliyyətə keçəcəyindən xəbərsiz olduqlarını bildiriblər.

 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM