Bakının bu ərazisində də söküntü var - ANN TV

16:05 | 09.04.2015
Bakının bu ərazisində də söküntü var - ANN TV

Bakının bu ərazisində də söküntü var - ANN TV

Bakı bir tərəfdən qurulur, digər tərəfdən sökülür. Maraqlıdır, söküntü və tikinti arasında nisbət necədir? Söküntünün əhatəsi, tikintinin hündürlüyü daha böyükdür. Bəli, ətrafa baxdıqda gəlinən ilk qənaət belədir: bir tərəfdən Bakının köhnə məhəllələri - birmərtəbəli, yarıqaranlıq zirzəmiləri sökülür, digər tərəfdən isə şəhərdə iri-iri binalar ucalır.

Söküntü xəbərləri bu dəfə Səbail rayonunun Bayıl qəsəbəsinin 6-cı Mədən, Arif İsmayılov 72 Z ünvanından gəldi. ANN.Az xəbər portalının fotomüxbiri ərazidə olarkən qeyd olunan ünvandakı bütün evlərin qarşısının hündür dəmir lövhələrlə hasarlandığının şahidi olub. Sakinlərin də əsas şikayəti bundan idi ki, bu dəmir hasarlar onların gediş-gəlişinə mane olur, hərəkət üçün məhdudiyyət yaradırdı. Üstəlik, küləklər şəhəri olan Bakının xəzrisinin qarşısında bu dəmir hasarların hansı fəlakətə yol açacağı da sakinlər arasında qorxu yaradıb.

ANN.Az Bayıl qəsəbəsinin 6-cı mədən ünvanından çəkilmiş fotoları təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM