"7 gün müddətində Milli Məclisin ilk iclası olacaq"

16:20 | 05.03.2020

"7 gün müddətində Milli Məclisin ilk iclası olacaq"

Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

S.Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: "Bu təcrübə Milli Məclisdə var”.

S. Mirzəyev bildirib ki, qanuna görə, 7 gün müddətində Milli Məclisin ilk iclası olmalıdır.

Onun sözlərinə görə, yaz sessiyasının iclaslarında V çağırışdan qalan bir çox sənədlər var: "İclaslarda o sənədləri ilk növbədə, müzakirəyə çıxaracağıq. Həm də gözləyirik ki, yeni qanunlar gələcək və onlar müzakirə ediləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM