94 yaşlı Bakı Dövlət Universiteti

16:20 | 15.11.2013
94 yaşlı Bakı Dövlət Universiteti

94 yaşlı Bakı Dövlət Universiteti

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi barədə qərar qəbul edilib və onun nizamnaməsi təsdiq olunub. ANN.Az-ın verdiyi xəbərə görə, Avropa və Asiyanın qovşağında yaradılan bu ali təhsil ocağında, ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır. Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir. Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən böyük elmi mərkəzdir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avrasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM