Ağ Ev yenə Rusiyanı hədələdi

10:41 | 01.05.2014
Ağ Ev yenə Rusiyanı hədələdi

Ağ Ev yenə Rusiyanı hədələdi

Rusiyanın fəaliyyəti Ukraynada vəziyyətin daha da gərginləşməsinə səbəb olarsa, ABŞ və müttəfiq ölkələr bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək.APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni (James Carney) deyib. “Əgər Rusiya Ukraynada vəziyyətin gərginləşdirilməsi yolu ilə hərəkət edərsə və öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməzsə, Amerika və bizim G7, eləcə də Avropa Birliyi üzrə tərəfdaşlarımız tərəfindən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər genişləndiriləcək”, - deyə o, söyləyib. C. Karni bildirib ki, ABŞ öz müttəfiqləri ilə birlikdə yeni sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin böyük olacağını aydın şəkildə ifadə edib: “İndiyədək tətbiq olunmuş sanksiyalar təsirli olub və Rusiya Ukraynada gərginliyi azaldacaq addımlar atmasa, daha da təsirli olacaq”. Artıq ABŞ Senatında 19 respublikaçı senator Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihə Rusiyanın iri banklarına və enerji şirkətlərinə qarşı sanksiya tətbiq olunmasını, eləcə də Ukraynaya 100 milyon dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutur.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb