Ağ Şəhər Bulvarı - hələ ki, sevgililərin gizli görüş yeridir - FOTOLAR

10:43 | 08.06.2015
Ağ Şəhər Bulvarı - hələ ki, sevgililərin gizli görüş yeridir - FOTOLAR

Ağ Şəhər Bulvarı - hələ ki, sevgililərin gizli görüş yeridir - FOTOLAR

Təxminən bir həftə əvvəl rəsmi açılışı keçirilən Ağ Şəhər Bulvarı artıq bakılıların ixtiyarındadır. 

ANN.Az-ın fotomüxbiri burada olub və bu istirahət guşəsindən vətəndaşların necə yararlandığını bilmək istəyib. Fotolardan da göründüyü kimi, bulvarda hələ adamların azlığı müşahidə olunur. Sadəcə uşaq meydançalarında bir qədər sıxlıq görünür. Bulvar səliqəli olsa da, deyəsən, bura hələ bir müddət sevgililərin gizli görüş yeri olacaq.

Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada Uşaq Kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib.

Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq "Bakı Ağ Şəhər” layihəsini tamamlayır. Bu bulvardakı "Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.
 
Fotoların müəllifi Fərqanə Novruzovadır.















































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM