ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı

10:23 | 20.05.2016
ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı

ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı

Ankarada ABŞ səfirliyi vətəndaşlarını terror təhlükəsiylə bağlı xəbərdar edib.
 
ANS PRESS-in məlumatına görə, mümkün terror təhlükəsi haqqında xəbəri ABŞ-ın Türkiyədə yerləşən səfirliyinin rəsmi saytı yayıb.

ABŞ Türkiyəyə gəlmək istəyən və ölkədə olan vətəndaşlarına bu barədə xəbardarlıq edib və tövsiyələrini çatdırıb. Xəbərdə xarici və amerikalı turistlərin beynəlxalq və yerli terror təşkilatlarının hədəfi olduğu qeyd olunur. ABŞ Türkiyədə bü gün terror aktı ehtimalinin daha çox olduğunu vurğulayıb.

Ötən gün Türkiyə kəşfiyyatının yaydığı məlumata görə, İŞİD terror qruplaşması Türkiyədə yeni terror aktları planlaşdırır. Bu dəfə terror qruplaşmasının Atatürk mavzoleyini və Ankara Cebeci hərbi şöbəsini hədəf aldığı bildirilir. İŞİD mayın 19-da keçiriləcək Atatürkü anma, gənclik və idman bayramı münasibətilə təntənəli mərasimdə terror aktı həyata keçirməyi planlaşdırır. Qurumdan bildirilir ki, sözügedən terror hücumlarının həyata keçirilməsi üçün Suriyadan 10 terrorçu Qaziantepdən keçərək Türkiyəyə daxil olub.

İŞİD-in internet saytlarını və "Konstantiniye” adlı jurnalını izləyən kəşfiyyat qurumları təşkilatın polis və əsgərləri "kafir” adlandırdığı və onların öldürülməsinin caiz olduğunu elan etdiyini müəyyənləşdirib. Türkiyə xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, Türkiyəyə keçən terrorçular Ankara başda olmaqla ölkənin böyük şəhərlərində 10-a qədər terror aktı həyata keçirməyi planlaşdırıb.

19 may 1919-cu il Türkiyədə Milli istiqlal savaşının başladığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan "Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burada İstiqlal (Kurtuluş) mücadiləsini başladıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb