ABŞ-ın ticarət naziri prezidentin çıxışı zamanı yuxuya gedib - FOTO

16:00 | 22.05.2017
ABŞ-ın ticarət naziri prezidentin çıxışı zamanı yuxuya gedib - FOTO

ABŞ-ın ticarət naziri prezidentin çıxışı zamanı yuxuya gedib - FOTO

ABŞ prezidentinin çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən təşkil olunan canlı yayımla nümayiş etdirilib

ABŞ-ın ticarət naziri Uilbur Ross Prezident Donald Trampın Ər-Riyadda ərəb ölkələri liderləri ilə sammitində çıxışı zamanı yuxuya gedib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ prezidentinin çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən təşkil olunan canlı yayımla nümayiş etdirilib.

Prezident çıxışının son hissəsində ticarətin vacibliyi barədə danışan zaman kameranın obyektivi U.Rossa yönəlib. Prezidentin qızı İvanka ilə bir cərgədə əyləşən nazirin mürgülədiyi aydın görünüb. Maraqlıdır ki, D.Tramp danışan zaman U.Rossun qulağında tərcümə üçün qulaqcıq da olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM