ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

14:41 | 31.12.2015
ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

ABŞ prezidentinin administrasiyası İranın bir sıra şirkət və fiziki şəxsinə qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, Tehranın ballistik raket proqramının inkişafına mane olmaq istəyən rəsmi Vaşinqton, İranın 10-dan çox şirkət və məmurunu yeni sanksiya siyahısına daxil etməyə planlaşdırır.

Qeyd edək ki, Şimali Koreyanın istehsalı olan Rodong raketlərinin texnologiyası əsasında yaradılan İranın Shahab-3/3B tipli ballistik raketləri, iki min kilometr məsafəni qət etmə potensialına malikdir. Beləliklə, Tehran İsraillə yanaşı Yaxın Şərqdə yerləşən ABŞ-ın hərbi bazalarına da zərbə endirmək iktidarındadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb