ABŞ-ın yeni səfiri məlum oldu - Bakıya gəlir

10:57 | 05.12.2014
ABŞ-ın yeni səfiri məlum oldu - Bakıya gəlir

ABŞ-ın yeni səfiri məlum oldu - Bakıya gəlir

ABŞ Senatının Xarici əlaqələr komitəsində bu ölkənin Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident Barak Obamanın təqdim etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Dinləmədə Azərbaycanla bağlı ətraflı müzakirə aparılmayıb.

R.Cekuta ABŞ dövlət katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir. Onun diplomat kimi xarici təcrübəsi zəngindir. Belə ki, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə isə Berlində xidmət edib. O, burada dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Corctaun Universitetinin məzunu olan Robert Cekuta Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb