Abşeronun ən böyük gölünün ətrafı bu cür abadlaşır - FOTOLAR

09:24 | 05.08.2015
Abşeronun ən böyük gölünün ətrafı bu cür abadlaşır - FOTOLAR

Abşeronun ən böyük gölünün ətrafı bu cür abadlaşır - FOTOLAR

Buraya gəlişim günün ən qızmar vaxtına təsadüf etmişdi. Etiraf edim ki, suyun, gölün mənzərəsi çox gözəl idi. Aparılan abadlıq işlərinin yarımçıq olduğu dərhal nəzərə çarpsa da, mənə bələdçilik edən ərazinin yaşıllıq işinə baxan səlahiyyətli təmir işlərinin hələ də davam etdiyini bildirdi. Onu da əlavə etdi ki, axşam vaxtları buralar çox gözəl olur. Xüsusən də gün batandan sonra gölün üzərində quraşdırılmış rəngbərəng işıqlar yandırılanda mənzərə misilsiz görünür.

Qeyd edək ki, Böyükşor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Göl Bakı Olimpiya Stadionunun şərq sahili istiqamətindədir.

 

Böyükşor gölü Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Buranın əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsindəki Balaxanı zibilxanasıdır.

 

Gölətrafı çəmənliyin təmizlik işlərinə baxan nəzarətçi söhbətində bildirdi ki, ölkə başçısı 2015-ci il mayın 22-də burada açılış edib və gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa olunub.

 

Fərqanə Novruzova
 
Fotolar müəllifindir














 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb