Access Bank-dan jurnalistlər üçün daha bir kampaniya - FOTO

14:00 | 12.10.2015
Access Bank-dan jurnalistlər üçün daha bir kampaniya - FOTO

Access Bank-dan jurnalistlər üçün daha bir kampaniya - FOTO

Daima jurnalistləri diqqət mərkəzində saxlayan ACCESSBank media nümayənlərini növbəti dəfə sevindirib.
 
AccessBank media və televiziya nümayəndələri üçün oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilən "Azərbaycan-İtaliya" oyununa canlı seyr etmək imkanı yaradıb. 

Bank bu addımı ilə ölkə idmanına, eləcə də Azərbaycan yığmasına dəstək olduğunu bir daha nümayiş etdirib. Hər kəsə bəlli idi ki, dörd qat dünya çempionu olan İtaliya ilə milli yığma komandamızın oyunu elə də asan olmayacaqdı. Çətin şəraitdə keçirilən qarşılaşmaya media nümayəndələrinin canlı izləməsinə bankın şərait yaratması xoş bir hal idi. Çünki yığma komandanın İtaliya yığmasına 1-3 hesabı ilə məğlub olmasına baxmayaraq, AccessBankın təşkilatçılığı ilə təşkil edilən bu kampaniya vasitəsilə jurnalistlərin milli komandaya azarkeşlik etməsi, dəstəkləməsi yüksək qiymətləndirilirdi.

ANN.Az redaksiyası bir daha ACCESSBank-a bu cür tədbirlər həyata keçirib media nümayəndələrinin diqqət mərkəzində saxladığı üçün təşəkkür edir. 

Qeyd edək ki, ACCESSBank media nümayəndələri üçün daima press-turlar, kampaniyalar təşkil edir. Digər banklardan fərqli olaraq ACCESSBank mətbuata daima açıq informasiyalar verir.
  
Orxan Aslanlı
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM