ADA-nın icraçı vitse-rektoru ADU tələbələri ilə görüşdü - Fotolar

10:51 | 14.04.2016
ADA-nın icraçı vitse-rektoru ADU tələbələri ilə görüşdü - Fotolar

ADA-nın icraçı vitse-rektoru ADU tələbələri ilə görüşdü - Fotolar

Azərbaycan Dillər Universitetində (ADU) ADU Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Tələbə diplomatlar” klubu və "Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının birgə təşkilatçılığı ilə "Tələbə diplomatlar məktəbi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) icraçı vitse-rektoru Fariz İsmayılzadə ilə tələbələrin görüşü keçirildi.
 
"Diplomatik kadrların hazırlanması” mövzusunda keçirilən tədbir döyüşdə həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
 
 
Tədbiri giriş sözü ilə açan "Tələbə diplomatlar” klubunun sədri Ramin Həbibzadə qonağı tədbir iştirakçılarına təqdim etdi və layihə barədə qısa məlumat verdi.
Daha sonra söz ADA-nın icraçı vitse-rektoru Fariz İsmayılzadə dəvət üçün təşəkkür etdi və bu yolda irəliləmək istəyən tələbələr üçün gələcəkdə belə tədbirlərin faydasının böyük olacağını dilə gətirdi. F.İsmayılzadə ADA-nın yaranması və fəaliyyəti haqda məlumat verdi. Diplomatiya sahəsində Azərbaycanın son illərdə inkişaf etdiyini deyən icraçı-rektor keçmişə nəzərən ölkənin informasiya sahəsində də irəlilədiyini sözlərinə əlavə etdi. O, tələbələrə gələcəkdə peşəkar diplomat olmaq istiqamətində tövsiyyələrini verdi.
 
 
İnteraktiv şəkildə keçən görüşdə, həmçinin ictimai, iqtisadi diplomatiya, konsulluq işləri və hüquq, beynəlxalq təşkilatlar haqqında da müzakirələr aparıldı.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM