ADU-da “Novruz” bayramına həsr olunan konsert proqramı keçirildi - FOTOLAR

15:05 | 16.03.2016
ADU-da “Novruz” bayramına həsr olunan konsert proqramı keçirildi - FOTOLAR

ADU-da “Novruz” bayramına həsr olunan konsert proqramı keçirildi - FOTOLAR


Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının (THT) təşkilatçılığı ilə əsrlərə söykənən tarixi kökə malik, xalqımız tərəfindən hər zaman böyük canfəşanlıqla qeyd edilən, bahar fəslinin yurdumuza ilk qədəmlərinin müjdəçisi olan "Novruz” bayramına həsr olunan konsert proqramı keçirildi.
 
Dillər Universitetinin mətbuat xidmətin ANN.Az-a verilən məlumata görə, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə "Novruz” bayramı, onun milli atributları, bayramın özünəməxsus adət-ənənələri haqqında qısa məlumat verildi.
 
Daha sonra çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev "Novruz” bayramının Azərbaycan xalqının ən gözəl bayramlarından biri olduğunu söylədi, bu münasibətlə hər kəsi universitet rəhbərliyi adından təbrik etdi. O, bu tip tədbirin təşkil olunmasında Tələbə Həmkarlar Təşkilatının (THT) və Tələbə Gənclər Təşkilatının (TGT) rolunu xüsusi vurğuladı, tələbələrə onların sıralarına qoşulmağı tövsiyə etdi. Tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edən  professor Ələddin Əliyev onlara işlərində və şəxsi həyatlarında uğurlar arzuladı.
 
Bayram konsertində tanınmış müğənni Qurd, universitetin "Dalğa” rəqs qrupu çıxış etdi, eyni zamanda tələbələr tərəfindən hazırlanmış bayramın adətlərini,  atributlarını əks etdirən səhnəciklər nümayiş olundu.
 
Bədii hissə başa çatdıqdan sonra universitetin həyətində tələbələrdə bayram əhval-ruhiyyəsi yaratmaq məqsədi ilə "Novruz” bayramının əsas simvolu olan Tonqal yandırıldı, tədbiri tonqal ətrafında davam etdi.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb