AFFA ölkə kubokunun finalçılarını cəzalandırıb

17:00 | 27.05.2014
AFFA ölkə kubokunun finalçılarını cəzalandırıb

AFFA ölkə kubokunun finalçılarını cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun finalında  - “Qəbələ” - “Neftçi” matçında baş verənlər müzakirə olunub. Bu matçda komandalar ümumilikdə 5 min manat cərimə olunub. Hər iki komandanın üzvləri qarşılaşma ərzində 4 sarı vərəqə aldığından klublar hərəyə 1000 manat cərimə olunub. Matçın 90-cı dəqiqəsində texniki zona qaydalarını pozan “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev də cəzasız qalmayıb. Çalışdırıcı 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat ziyana düşüb. Qarşılaşmanın 104-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qəbələ” 2000 manat ödəyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb