AFFA "Zirə"ni cərimələdi

14:44 | 28.02.2018
AFFA

AFFA "Zirə"ni cərimələdi

AFFA İntizam Komitəsi "Zirə" klubunu 200 manat cərimələyib. 
 
AzVision.az-ın məlumatına görə, buna Azərbaycan Premyer Liqasınıb XVII turunun "Neftçi" ilə səfər matçı zamanı "Zirə"nin futbolçusu İlkin Muradovun ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub. 

Həmçinin İ.Muradov növbəti oyunu buraxmalı olacaq. 

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM