Aida: Bakı səhnəsində əbədi sevgi hekayəti – REPORTAJ

16:41 | 02.02.2016
Aida: Bakı səhnəsində əbədi sevgi hekayəti – REPORTAJ

Aida: Bakı səhnəsində əbədi sevgi hekayəti – REPORTAJ

Rüstəm Qasımov

Ötən bazar günü Azərbaycan Dövlət Opera və Balet Teatrında məşhur italyan bəstəkarı Cüzeppe Verdinin "Aida” operasının nümayişi keçirildi. 

Operada Misir qoşunlarının başçısı Radameslə onunla vuruşan Efiyopiya qoşunlarının çarının kəniz götürülmüş qızı Aida arasındakı məhəbbətdən bəhs edilir. 
 


Bakı tamaşaçısı opera balet teatrının səhnəsində qastrolçu-ifaçıları dinləmək şansı qazanmışdı Aidanın partiyasını Ukrayna Milli operasının solisti, Ukraynanın əməkdar artisti Viktoriya Çenskaya canlandırırdı. Ramades obrazını isə Belorus opera və bolet bolşoy teatrın solisti Sergey Frankovski, Amonasro obrazını Ukraynanın əməkdar artisti Dmitri Qrişin, Amneris obrazını isə Azərbaycanın əməkdar artisti Səbinə Vahabzadə canlandırırdı. Tamaşada rol alan digərlərinə misal kimi Xalq artisti Əli Əsgərovu (çarın partiyası), əməkdar artist Gülnaz İsmayılovanı (Jrisanın partiyası) və Əkrəm Poladovu (Ramfisin partiyasını) göstərmək olar. 

Bütün bunları nəzərə alanda, zalın ağzınacan dolu olmasına təəccüblənməmək lazımdı. Operanı izləməyə gələnlər arasında xaricilərin çox olması da diqqəti cəlb edirdi. 
 


Gecə boyunca istisnasız olaraq bütün artistlərin çıxışı ən yüksək tərifə layiq idi. Artistlərin öz güclərini və istedadlarını göstərməyə imkan verən səhnələr xüsusilə yaddaqalan idi. Aida partiyasını ifa edən Viktoriya Çenskaya xüsusilə möhtəşəm idi. O yaratdığı obrazın əzablarını, təşvişini, narahatlığını və əlbəttə ki, sevdiyinə olan duyğularını asnki təzədən yaşayırdı. Onun səmimi ifası Bakı tamaşaçısını ovsunlamışdı. Özünün mənəvi əzab edərkən ifa etdiyi monoloqlar xüsusilə təsirli idi. 

Fironun qızı Amnerisin partiyasını ifa edən Səbinə xanım Vahabzadənin möhtəşəm ifasını da qeyd etmədən keçməyə bilmərəm. Onun qrasiyası, duruşu, emosiyaları və məftunedici səsi tamaşadakı rolunun yüksək səviyyədə öhdəsindən gəlməyə imkan verdi. Bunu tamaçıların sürəkli alqışları da sübut edirdi. Ümumiyyətlə, həmin gecə tamaşaçılar sanki ifaçıları fasiləsizcə alqışlamamaq üçün özlərini zorla saxlamışdılar. 
 


Efiopiya çarının qızını geri qaytarmaq istərkən, Aidanın Radamesə olan sevgisindən xəbər tutmasını əks etdirən və emosiyalar partlayışı ilə müşayiət olunan səhnə xüsusilə heyratamiz idi. Həmin səhnədə Aidada Misir qoşunlarının keçdiyi yolu soruşurlar, Aida isə bundan imtina edir və Amonasro hirsindən qışqıraraq deyir: "Sən artıq mənim qızım deyilsən, firnonun köləsisən”. Aida ürək ağrısıyla onunla razılaşır. 

Sonuncu dördüncü hissə başlamazdan əvvəl tamaşaçılar teatrın əsas dirijoru, Azərbaycanın xalq artisti, professor, maestro Cavanşir Cəfərovu sürəkli alqışlara layiq bildilər. 
 


Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə Bakıda baş tutmuş "Aida” operasından fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb