Akademik Teatr Makedoniyaya gedir

20:03 | 22.05.2014
Akademik Teatr Makedoniyaya gedir

Akademik Teatr Makedoniyaya gedir

Akademik Milli Dram Teatrı Makedoniyada keçiriləcək Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək.

Teatrdan AzNews.az-a verilən məlumata görə, 25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda teatrımız Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur. 48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Festivalda Akademik Milli Dram Teatrının tamaşası 28 may tarixində - Respublika Günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM