Akif Çovdarov bəraət istədi

23:09 | 22.12.2021
Akif Çovdarov bəraət istədi

Akif Çovdarov bəraət istədi

Bu gün Ali Məhkəmə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun şikayətini qismən təmin edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı bildirib.
O qeyd edib ki, A.Çovdarov Ali Məhkəmədən barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyib.

Xatırladaq ki, A.Çovdarov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra 2015-ci ilin noyabr ayında həbs edilib. 

2017-ci ilin oktyabrın 17-də ona 12 il həbs cəzası verilmişdi. Çovdarov ötən il Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Onun azadlıqdakı ilk fotosu da geniş müzakirələrə səbəb olmuşdu.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM