​Almaniya XİN-in təmsilçisi: "Əsədin İŞİD-dən neft aldığını bilirik"

14:55 | 02.12.2015
​Almaniya XİN-in təmsilçisi:

​Almaniya XİN-in təmsilçisi: "Əsədin İŞİD-dən neft aldığını bilirik"

"Suriyadakı rejimin terrorçu İŞİD qruplaşmasının satdığı neftin böyük bir hissəsini aldığına dair məlumatımız var".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi sözçüsünün müavini Sausan Çebli Berlində həftəlik mətbuat toplantısında bildirib.
Onun sözlərinə görə, Bəşşar Əsəd İŞİD-in satdığı neftin böyük bir hissəsini alır və bununla bağlı Almaniyada məlumatlar var: "Bu məsələyə dair dəlil və məlumatlarımızda mövcuddur".

Almaniya hökumətinin sözçüsü Steffen Sebert də adı çəkilən terrorçu qruplaşmanın neft satışı ilə özünü maliyyələşdirdiyindən xəbərdar olduqlarını söyləyəib. O, Türkiyənin İŞİD-dən neft aldığı və ya rəsmi Ankaraının bu məsələyə fəal dəstək verməsinə dair iddialarla bağlı məlumata malik olmadıqlarını da qeyd edib: "Dəlil-sübut olmadan belə iddiaların irəli sürülməsinin məsələnin həllinə yardım edəcəyini də düşünmürük".

O, İŞİD-ə qarşı mübarizənin gücləndirilməsinə və onun maliyyə mənbələrinin məhv edilməsinin vacibliyinə inandıqlarını söyləyib. Hökumət sözçüsü bildirib ki, bu məsələ noyabrın 15-də Türkiyənin Antalya şəhəində keçirilən "Böyük-20"-liyin ("G-20") zirvə toplantısında müzakirə edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti