Almaniyada qalmaqal: PKK-ya qanunsuz silah satılıb

18:41 | 10.09.2014
Almaniyada qalmaqal: PKK-ya qanunsuz silah satılıb

Almaniyada qalmaqal: PKK-ya qanunsuz silah satılıb

Almaniyanın məşhur silah istehsalçısı "Sig Sauer" şirkətinin 2005-ci ildə federal hökümətdən icazəsiz qeyri-qanuni yollarla İraqa 5 min silah ixrac etdiyi məlum olub.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, silahların bir qismi də PKK terror təşkilatının əlinə keçib. "Sig Sauer" şirkəti silah satışını amerikan şirkəti olan "Sigarms" üzərindən həyata keçirib.  Belə ki, 2004-cü ildə ABŞ Ordusu "Sigarms"a İraq Ordusu üçün 5 min silah sifariş verib. Bundan sonra şirkət digər alman şirkətinə silah alışı üçün müraciət edib. "Sig Sauer" şirkəti silahların nə üçün lazım olduğunu bilsə də satış üçün hökumətdən icazə almayıb.Qeyd edək ki, adı çəkilən şirkət Qazaxıstana da qeyri-qanuni yollarla silah satmaqda ittiham olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb