“Altes Plaza”-da yanğın oldu - VİDEO

09:58 | 06.04.2019
“Altes Plaza”-da yanğın oldu - VİDEO

“Altes Plaza”-da yanğın oldu - VİDEO

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən "Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.

Anews.az ONA-ya istinadən xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. 

FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. 

"Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.
Hadisə zamanı evdə heç kəs olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb