Altı bankın əmlakı satışa çıxarıldı

12:44 | 10.04.2018
Altı bankın əmlakı satışa çıxarıldı

Altı bankın əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard” KB, ASC "Texnikabank”, ASC "Kredobank”, ASC "Zaminbank”, ASC "Royalbank” və ASC "Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

Anews.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, 20 lot üzrə əmlak ikinci dəfə hərraca çıxarılır, 19 lot üzrə - üçüncü dəfə, iki lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Qeyd edək ki, hərraca çıxarılan daşınmaz əmlakların qiymətləri 60 min manatdan başlayayaq 450 min manata qədərdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb