AMB: Əskinaslar dəyişdirilməyəcək

17:32 | 22.04.2016
AMB: Əskinaslar dəyişdirilməyəcək

AMB: Əskinaslar dəyişdirilməyəcək

Mərkəzi Bank tərəfindən tədavülə yeni nümunəli pul nişanlarının və ya daha yüksək nominallı pulların buraxılması hal-hazırda planlaşdırılmır.

Bu barədə Oxu.Az-a "Azərbaycanda əskinaslar dəyişdirilə bilərmi?” sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib

"Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı ildən etibarən tədavülə 1, 5, 10, 20, 50 və 100 manatlıq kağız, 1, 3, 5, 10, 20, və 50 qəpiklik metal pul nişanları buraxılıb”, - deyə bankdan qeyd edilib.

AMB-dən həmçinin bildirir ki, hazırda müvafiq pul nişanları tədavüldədir və dövriyyədə ən yüksək nominallı pul nişanı 100 manatlıq kağız pullardır.

Qeyd edək ki, belə bir təcrübə 2017-ci ildə qonşu ölkə olan Rusiyada baş tutacaq.

Belə ki, Rusiya Bankı (Mərkəzi Bank) 2017-ci ildə dövriyyəyə 200 və 2000 rubl nominallı əskinaslar buraxmağı planlaşdırır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb